Çində işə müraciət edənlərdən hamiləlik testi tələb edən şirkətlərlə bağlı araşdırma başlayıb.
Hafta.az-ın CNN-ə istiandən yazdığına görə, Çinin dövlətə məxsus “Procuratorial Daily” qəzeti ölkənin şərqindəki Jiangsu əyalətinin Nantong şəhərində 16 şirkətin iş axtaran 186 qadından qeyri-qanuni olaraq hamiləlik testi tələb etdiyini bildirib.
Çin qanunlarına görə, işəgötürənlərə işçilərdən hamiləlik testi tələb etmək və ya hamilə işçilərə qarşı ayrı-seçkilik etmək qadağandır.
Bildirilib ki, iş üçün müraciət edən qadınların şikayəti əsasında prokurorluq şirkətlərlə bağlı araşdırmalara başlayıb.
İşə müsahibə zamanı qadınlara ailə planlaması ilə bağlı sual verildiyi, bəzi hallarda bu şəxslərin uşaq sahibi olmağı planlaşdırmasalar da işə götürülmədiyi bildirilir.
Bildirilib ki, araşdırma zamanı iki böyük dövlət xəstəxanası və tibbi müayinə mərkəzi də yoxlanılıb.
Bir şirkətin qadının hamilə olduğunu əsas gətirərək iş müraciətini rədd etdiyi də bildirilib.
Şirkətlərin adları gizli saxlanılsa da, şirkətlərin cərimə olunub-olunmadığı açıqlanmayıb. Qanuna görə, şirkətlər cinsi ayrı-seçkiliyə görə 50 min yuan (11815 manat) qədər cərimələnə bilər.
Çin Milli Statistika Bürosunun yanvar ayında açıqladığı məlumatlara görə, 2022-ci ildə 1 milyard 411 milyon nəfər olan Çinin materik hissəsinin əhalisi 2023-cü ildə 1 milyard 409 milyon nəfərə enib.