İşğalda qalan Qazağın 7 kəndi Azərbaycana qaytarılacaq - MÜDDƏT AÇIQLANDI

14:36 06.07.2021 Müəllif:Sultan Laçın
Yazını böyüt
Yazını kiçilt

Növbədə Kəlbəcər və Laçının mina xəritələridir. Onlar da alınacaq. Ümumiyyətlə, yaxın ayyarım ərzində işğaldan azad edilmiş bütün ərazilərin mina xəritələrinin alınma prosesi başa çatmalıdır. Bu fikirləri hafta.az-a politoloq Elçin Alıoğlu səsləndirib.

Onun sözlərinə görə, mina xəritələri heç bir halda mübadilə mövzusu deyil. Biz müharibədən sonra ərazimizdə tutulmuş erməni diversantlarının məhkəmədə ibtidai istintaq zamanı günahlarının olub-olmamasını araşdırırıq. Bu şəxslərin bir qisminin günahının olmadığı, bilavasitə diversiya, terror, yanğın aktlarında, Azərbaycan hərbçiləri və mülki vətəndaşlarının güllələnərək qətlə yeirilməsində iştirak etmədikləri sübuta yetirilib və onlar da Ermənistana təhvil verilib:

"Bu, bir humanist addımdır. Biz Ermənistanla insan talelərinə əsaslanmış alver aparmırıq. Bu, bizim siyasətimizə ziddir. Biz erməni deyilik. Sadəcə, Ermənistan bu jestin müqabilində mina xəritələrini sülhməramlı kontingentin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə bizə təqdim edir. Vəssalam..."

Politoloq həmçinin iddia edib ki, Ermənistanın işğalı altında qalan Qazağın 7 kəndi tam boşaldılıb. Yaxın müddətdə onlar da Azərbaycana təhvil veriləcək...

Siyasət rubrikasından digər xəbərlər