“İslamçılar” bizim üçün problemdir” – ABŞ səfiri

10:29 20.05.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Sudan üzrə xüsusi nümayəndəsi, səfir Tom Perriello deyib ki, indiki səhnədə devrilmiş rejimin tərəfdarları olan islamçıların olması ABŞ və sudanlılar üçün böyük problem yaradır.

Hafta.az-ın yazdığına görə, Perriello deyib: “Biz bilirik ki, orduda döyüşçülərlə yanaşı ölkə xaricindən gəlib müharibəyə qatılanlar da var”. Keniyanın paytaxtı Nayrobidə bir qrup sudanlı ilə görüşdə Perriello ölkəsinin qurumlara və fərdlərə və müxtəlif ölkələrdəki işlərinə təsir edəcək sanksiya silahlarının istifadəsini genişləndirəcəyini bəyanlayıb. Perriello, Əl-Fəşirə hərbi müdaxiləyə qarşı Çevik Dəstək Qüvvələrinə sərt xəbərdarlıq etdiyini, bunun ağır nəticələri olacağını söyləyib.

BMT-nin İnsan Haqları üzrə Ali Komissarı Volker Turk xəbərdarlıq edib ki, Əl-Faşirə hücum edilərsə, humanitar fəlakət baş verəcək.

Siyasət rubrikasından digər xəbərlər