İspaniyada koronavirusdan ölənlərin sayı kəskin artdı

16:29 17.03.2020 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İspaniyada bu gün koronavirusdan 149 nəfər vəfat edib.

Hafta.az-ın məlumatına görə, bunu ölkənin Səhiyyə Nazirliyi bildirib.

Ümumilikdə, ölkədə koronavirusdan ölənlərin sayı 491 nəfərə çatıb.

Bu gün həmçinin 1 236 nəfərin koronavirusa yoluxduğu məlum olub. Bu günədək İspaniyada virusa yoluxanların sayı 11 178 nəfər olub.

Qeyd edək ki, koronavirusa 162 ölkədə 185 mindən çox şəxs yoluxub. 7 332 nəfər virusun qurbanı olub.