İsrail İrana zərbənin hədəflərinə çatdığı qənaətindədir

12:39 31.01.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsrail bazar günü gecə İrana hücumun məqsədlərinə çatdığına inanır. Bu barədə mənbələrə istinadən “The Wall Street Journal” məlumat yayıb.

Qəzet mənbələrinin məlumatına görə, hücumu İsrailin xarici kəşfiyyat xidməti Mossad həyata keçirib. Hədəf İran Müdafiə Nazirliyinin İsfahanda adı açıqlanmayan silahlar istehsal etdiyi iddia edilən obyekt olub.

Yanvarın 29-na keçən gecə İranın mərkəzi hissəsində yerləşən İsfahan şəhərində güclü partlayış baş verib. Daha sonra İranın Müdafiə Nazirliyi bəyan edib ki, yanvarın 28-də pilotsuz təyyarələrdən istifadə etməklə idarənin mərkəzlərindən birinə uğursuz hücum həyata keçirilib. Nazirliyin məlumatına görə, bir aparat vurulub, digər ikisi müdafiə tələlərinə düşüb və partlayıb. Hücum nəticəsində xəsarət alan olmayıb, cüzi maddi ziyan dəyib. Eyni zamanda, bəyanatda rəsmi Tehranın hücumda kimin əli olduğunu düşündüyü açıqlanmayıb.

İsrail İsfahandakı partlayışlarda heç bir əli olduğunu iddia etməyib.

Oxunma sayı 113