İsrail hökuməti Livanla dəniz sərhədi sazişini parlamentə təqdim edib

22:01 12.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsrail Nazirlər Kabineti tərəfindən təsdiqlənən İsrail və Livan arasında dəniz sərhədi ilə bağlı saziş indi Knessetdə (parlament) 14 gün ərzində müzakirə olunacaq. Hafta.az bildirir ki, bunu yəhudi dövlətinin baş naziri Yair Lapid deyib.

O, deyib: “İndi danışıqlar başa çatıb, hökumət sazişin Knessetə verilməsini 14 gün müddətinə təsdiqləyib”.

Baş nazir qeyd edib ki, Knesset plenumunun müzakirəsinə çıxarıla bilməyən bəzi məxfi materiallara parlamentin xarici işlər və müdafiə komissiyasında dinləmələrdə baxılacaq.