İsrailin Baş Qərargah rəisi Herzi Halevi İranın "sürpriz" hücumuna qarşı "maksimum" hazırlıq və mümkün hadisələrin öhdəsindən gəlmək üçün göstəriş verib.
Hafta.az-ın yazdığına görə, Təl-Əvivdəki təhlükəsizlik rəhbərləri hücum ehtimalının az olduğunu bildirsələr də, Halevi hava qüvvələrinin və hava hücumundan müdafiənin hazırlığının artırılması da daxil olmaqla, ehtiyat tədbirlərinə göstəriş verib.
İsrailli analitiklər hesab edirlər ki, İranda vəziyyətin pisləşməsi, o cümlədən rialın ucuzlaşması, daxili tənqidlər və mümkün nümayişlər, xüsusən də Trampın Ağ Evə girməsi Tehranı İsrailə qarşı ifrat addımlar atmağa sövq edə bilər.
Təhlükəsizlik mənbələrinə görə, İsrail və ABŞ-da İranın aldığı və ya gələcəkdə ala biləcəyi zərbələrə cavab olaraq nüvə silahı hazırlaya biləcəyi ilə bağlı narahatlıq var. Məlumata görə, Təl-Əviv və Vaşinqton bunun qarşısını almaq üçün güc yolu ilə müdaxilə etməli olduqlarına inanırlar.