İsrail Suriyadakı iranlı komandirlərin siyahısını açıqladı

10:45 12.04.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Təl-Əvivdəki yüksək səviyyəli hərbi rəsmilər İsrailin Suriyada İrana qarşı mübarizəsinin bəzi aspektlərini, o cümlədən İran istehsalı olan raketdən müdafiə sistemi qurmaq cəhdlərinə qarşı fəaliyyətləri açıqlayıb. Onlar həmçinin Rusiyanın S-300 və S-400 raket sistemləri və onları işə salmış İnqilab Keşikçiləri Ordusunun bir sıra generalları və yüksək rütbəli zabitləri ilə bağlı təcrübəsinə toxunub.

Hafta.az-ın yazdığına görə, İsrail mediasına sızan açıqlamalarda sözügedən səlahiyyətlilər, İranın Suriyaya raket yerləşdirmə cəhdləri qarşısında ağır zərbələrə məruz qalmasına baxmayaraq, İnqilab Keşikçiləri Ordusunun İsrailə başağrısı verdiyini bildirib. Rəsmilər İranın son illər İsraili “basqınları əngəlləyən və təyyarələri vuran” raket batareyaları ilə mühasirəyə almağa çalışdığını və bunun İsrail üçün strateji təhlükəsizlik təhdid olduğunu vurğulayıb.

Hərbi Kəşfiyyat Bölməsinin İranla bağlı qiymətləndirmə şöbəsinin adları açıqlanmayan rəisi və həmin bölmənin tədqiqat qrupunun rəhbəri tərəfindən təqdim edilən hesabata əsasən İsrailin həyata keçirdiyi əməliyyatlarda İnqilab Keşikçiləri Ordusunun on yüksək vəzifəli komandirinin öldürüldüyü qeyd edilir. Hesabatda İsraillə güc balansını dəyişmək üçün bu əməliyyatları həyata keçirən Livan Hizbullahından bəzi İran rəsmilərinin adları da yer alıb. Aydın məsələdir ki, bu adların dərci və öldürülən liderlərin adları ilə əlaqələndirilməsi onların öz həyatları üçün təhlükə yaradır.

"Haaretz" qəzetində qeyd edilən adlar arasında İnqilab Keşikçiləri Ordusuna bağlı Qüds Qüvvələrində Suriya və Livan şöbəsinin rəhbəri olmuş və davranışında israrlı olduqdan sonra vəzifəsindən uzaqlaşdırılan Cavad Rəfarinin yerinə keçmiş Əli Həsən Mehdevi də var. Rafari Suriyaya qarşı təkəbbürlü və zorakı münasibəti ilə tanınırdı. Bundan əlavə, sursat və silahlara cavabdeh dəstək ofisinin rəhbəri Razi Əhməd Musəvi də həmin adlar arasındadır. Bu şöbə on il əvvəl yaradılıb. Musəvi İranı tərk etdiyi andan Suriya və ya Livandakı təyinat yerlərinə çatanadək silah və sursata cavabdehdir.

İsrail zabitləri Qüds Qüvvələri ilə İnqilab Keşikçiləri Ordusunun Hərbi Hava Qüvvələrinin birgə ekipajına komandanlıq edən Əmir Hacızadənin adını da açıqlayıb. Açıqlamalara görə, Hacızadə Qasım Süleymaninin qətlindən sonra rolu və statusu artan, bəzi yeni vəzifələri də öz üzərinə alan parlaq bir ada çevrilib. O, yeni silahlarda texnoloji inkişafları izləməkdən məsuldur. O, Dəməşq yaxınlığındakı bazadan raketlərin modernləşdirilməsinə nəzarət edən və onları daha dəqiq edən Hələb bölgəsi üzrə məsul vəzifəli Qulam Həsən Hüseyni ilə birlikdə fəaliyyət göstərir. Bu adlarla yanaşı, Livan Hizbullahına cavabdeh, Suriya və Livandan olan Abbas Mahmud Zalzali, Abbas Mahmude Abbas və Cəlal əl-Livan adları da var.

İsrail rəsmilərinin sözlərinə görə, İranın həyata keçirməyə çalışdığı plan təkcə Suriyada deyil, Yəmən, İraq, Livanda, eləcə də Körfəz ölkələri və digər region ölkələrində ordulara qarşı hava hücumundan müdafiə şəbəkələri qurmaqdır.

İran rəsmiləri Tehranın planları ifşa edildikdən sonra məyus olub və bir çoxları İsrailin hücumları səbəbindən iflasa uğrayıb. Bununla belə, İranın təslim olmadığı və bəlkə də yeni üsullarla planlarını həyata keçirmək üçün səylərini davam etdirdiyi bildirilir. Həmçinin, İsrail heç vaxt İranın qabiliyyətlərini gözardı etmir. Çünki bu ölkənin texnologiyanın öhdəsindən gələ bildiyini və hücum silahlarında böyük irəliləyişlər əldə etdiyini anlayır.

İsrail zabitlərinin sözlərinə görə, onların fəaliyyəti nəticəsində İranın 10 tanınmış hərbi lideri həlak olub və vəziyyət indi bir çoxlarını narahat edir. Bundan əlavə, rəsmilər “Bu, nə qədər vaxt aparacaq, niyə mənim olmayan müharibədə ölməliyəm” sualını verirlər.

Hesabatda 2018-ci ildən bu yana Suriya ərazisində yeni müdafiə sisteminin qurulmasının qarşısını almaq üçün aparılan mübarizə çərçivəsində 2022-ci ilin martında şəhid olan İhsan Kerbelavi və Murtaza Said Necad da daxil olmaqla 10 zabitin öldüyü bildirilib. Eyni şəkildə, avtomobilinin partlaması nəticəsində həyatını itirən Suriya Hava Hücumundan Müdafiə Komandiri Davud Cəfəri də ölənlər arasındadır. “Malik” kimi də tanınan Caferi hadisələri idarə edən mərkəzi güc hesab olunurdu. Ölümündən aylar keçməsinə baxmayaraq, onun yerinə başqa heç kim təyin edilməyib.

Siyasət rubrikasından digər xəbərlər