İstanbulda partlayışda yaralananların sayı 81 nəfərə çatıb

22:23 13.11.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Türkiyənin İstanbul şəhərinin mərkəzində yerləşən "Taksim" meydanında baş verən partlayış nəticəsində yaralananların sayı 81 nəfərə çatıb. İki nəfərin vəziyyəti ağırdır.

Hafta.az-ın məlumatına görə, bu barədə Türkiyənin vitse-prezidenti Fuat Oktay bildirib.

"Hazırda 4-ü hadisə yerində olmaqla 6 nəfəri itirmişik. 81 yaralımız var. Hadisə yerinin təhqiqatı tam sürətlə davam edir", - deyə F.Oktay bildirib.