Yazını böyüt
Yazını kiçilt
İstanbulun Kadıköy rayonunda yerləşən bir yaşayış binasında partlayış baş verib.
AZƏRTAC xəbər verir ki, hadisə ilə bağlı İstanbul valisi Ali Yerlikaya açıqlama yayıb. Bildirib ki, ilkin məlumatlara əsasən, hadisə nəticəsində üç nəfər ölüb. Partlayışdan sonra binada yanğın baş verib. Hazırda yanğının söndürülməsi və axtarış-xilasetmə işləri davam edir.
Hadisənin təbii qaz sızması nəticəsində meydana gəldiyi bildirilir.