İstanbulda yaşayış minimumu hesablandı

09:42 06.03.2024 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

İstanbul Planlaşdırma Agentliyinin araşdırmasına görə, meqaşəhərdə yaşayış xərcləri keçən ilin eyni ayı ilə müqayisədə 81 faiz artıb. İstanbulda 4 nəfərlik ailənin orta yaşayış dəyəri 55321 lirə hesablanıb.

Hafta.az-ın yazdığına görə, İstanbulda yaşayış minimumu əvvəlki ayla müqayisədə 4,26 faiz və ya 2263 lirə artıb.

Əvvəlki ilin fevral ayı ilə müqayisədə əsas istehlak mallarının qiymət artımlarına nəzər saldıqda ən çox diqqət çəkən bahalaşmalardan birinin 114,27 faiz artımla ət və ət məhsullarının qiymətlərində olduğu görülüb.

Ət il ərzində 114,27 faiz bahalaşıb.