İstefa verdiyi deyilən Vasif Talıbov oğlu və nazirlərlə rəsmi tədbirdə - FOTO

18:29 12.12.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Bir neçə gündür bəzi media resurslarında istefa barədə xəbərlər yayılan Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov üzə çıxıb.Hafta.az Manset.az-a istinadən xəbər verir ki, Vasif Talıbov Ümümmilli lider Heydər Əliyevin məzarını ziyarət edərək ehtiramını ifadə edib.

Onunla bərabər Naxçıvan MR Ali Məclisinin, Nazirlər Kabinetinin, nazirliklərin, komitə, xidmət, baş idarə və təşkilatların rəhbərləri də mərasimdə iştirak edib. Ziyarət zamanı Vasif Talıbovun kiçik oğlu Seymur Talıbov da orada olub.

Qeyd edək ki, dünən Vasif Talıbovun köməkçisi Ramiz Məmmədov açıqlama verərək Ali Məclis sədrinin istefa verməsi ilə bağlı xəbərləri cəfəngiyyat adlandırmışdı.