İsveç Azərbaycan və Ermənistan liderləri arasında görüşü alqışlayır - XİN rəhbəri

22:48 01.09.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İsveç Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşü alqışlayır.

Hafta.az xəbər verir ki, bu barədə özünün "Twitter" səhifəsində İsveçin xarici işlər naziri Ann Linde yazıb.

"Biz Aİ Şurasının Prezidenti Şarl Mişelin bu prosesdə davamlı fəal iştirakını və Ermənistan və Azərbaycan liderlərinin dördüncü görüşünü alqışlayırıq. Aİ-nin Cənubi Qafqazda sülh və sabitlik prosesinin bir hissəsi olması vacibdir", - deyə A.Linde bildirib.

Siyasət rubrikasından digər xəbərlər