İsveç Türkiyəyə silah embarqosunu ləğv edib

16:21 30.09.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

İsveç Türkiyəyə qarşı müdafiə təyinatlı məhsulların ixracına tətbiq etdiyi embarqonu ləğv edib. İsveçin Strateji Məhsullar Departamenti embarqodan təsirlənən hərbi texnikanın yenidən satışına icazə vermək qərarına gəlib.

Hafta.az bildirir ki, Türkiyə ilə NATO-ya üzvlüklə bağlı danışıqları davam etdirən İsveç hökuməti Ankaraya silah satışı şərtlərini nəzərdən keçirə biləcəyinə işarə edib.

İsveç səlahiyyətliləri, satışına icazə veriləcək avadanlıqlar arasında elektronika və texnologiya kimi məhsulların olacağını bildirir.

Silah satışına lisenziya verən İSP-nin Müdafiə Sənayesi Departamentinin rəhbəri Karl Evertsson may ayında İsveç mediasına yeni formalaşan şərtlərə uyğun mövqe tutduqlarını və yenidən silah satışına icazə veriləcəyi siqnalını verdiklərini demişdi.

Silah satışına qoyulan embarqonun ləğvi İsveçin NATO-ya üzv olması üçün Ankaranın şərtlərindən biri idi. Üçlü Memorandumda Finlandiya və İsveç Türkiyəyə qarşı milli silah embarqosunun olmadığını təsdiqləyərək, bu mövzuda Türkiyə ilə həmrəylik və əməkdaşlıq içində hərəkət edəcəklərini açıqlayıblar.

Oxunma sayı 1716