İtaliya Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib

17:23 25.12.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İtaliya Respublikasının Prezidenti Sercio Mattarella Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Hafta.az-ın xəbərinə görə, təbrikdə deyilir:

“Hörmətli cənab Prezident.

Sizi doğum gününüz və qarşıdan gələn Yeni il münasibətilə səmimi-qəlbdən təbrik edirəm.

Əminəm ki, İtaliya-Azərbaycan əlaqələri bundan sonra da birgə səylərimizlə inkişaf edəcək.

Zati-aliləri Sizi bir daha təbrik edir, möhkəm cansağlığı və rifah arzulayıram”.

Siyasət rubrikasından digər xəbərlər