Yazını böyüt
Yazını kiçilt
İtkin düşən 8 nəfər tapılıb.
Bu barədə hafta.az-a DİN-in mətbuat xidmətindən məlumat verilib.
Məlumata görə, iyulun 17-də polis əməkdaşlarının keçirdikləri tədbirlərlə ailə üzvlərini məlumatlandırmadan yaşadığı ünvanı tərk etdiyinə görə itkin düşmüş kimi axtarışı aparılan 8 nəfər tapılaraq aidiyyəti üzrə təhvil verilib.