Yazını böyüt
Yazını kiçilt
Tokioda termometrlər son 30 ilin orta göstəricisindən 2,16 dərəcə yüksək olub və iyul ayında 123 nəfər istidən ölüb. İyulda havanın orta temperaturu 35 dərəcəni keçib.
Hafta.az-ın yazdığına görə, iyulda ölümlər 2018-ci ildə 127 nəfərin istidən ölməsindən bəri ən yüksək rəqəm olaraq qeydə alınıb.
Səlahiyyətlilər, Yaponiya Meteorologiya Agentliyinin qeydlər aparmağa başladığı 1898-ci ildən bəri ən isti iyul olduğunu qeyd edərək, ay ərzində əksəriyyəti yaşlı olmaqla 123 nəfərin istidən öldüyünü açıqlayıb.
Meteorologiya Agentliyi avqust ayında havanın temperaturunun 35 dərəcədən çox ola biləcəyini açıqlayıb.