İyunun 18-dək Səudiyyə Ərəbistanına 1 milyon 150 min zəvvar gəlib

10:16 19.06.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin müşaviri Məhəmməd Bin Əbdülrəhman əl-Bicavi təsdiqləyib ki, iyunun 18-dək Krallığa 1 milyon 150 mindən çox zəvvar gəlib.

Hafta.az-ın yazdığına görə, Səudiyyə Ərəbistanı zəvvarların Həcc ziyarətinə gəlişini asanlaşdırmaq üçün bütün limanlarını açdığını bildirib və əlavə edib ki, şənbə günü quru limanlarına 25 minə yaxın zəvvar gəlib.

Əl-Bicavi bildirib ki, bütün limanlar qəbula hazırdır, təchiz olunub və zəvvarların yaxın günlərdə də gəlişi davam edəcək.

Nazirin sözlərinə görə, Mədinədəki Şahzadə Məhəmməd Bin Əbdüləziz Beynəlxalq Hava Limanı indiyədək ən çox zəvvarı qəbul edib.

“Təkcə Mədinə şəhərindəki Şahzadə Məhəmməd Bin Əbdüləziz Beynəlxalq Hava Limanı şənbə günü bütün Səudiyyə Ərəbistanına gələn zəvvarların ümumi sayından daha çox zəvvarı qarşılayıb”, - nazir deyib.

O əlavə edib ki, Ciddədəki Kral Əbdüləziz Beynəlxalq Hava Limanının tutumu yaxın günlərdə Mədinədəki Şahzadə Məhəmməd Bin Əbdüləziz Beynəlxalq Hava Limanının tutumundan çox olacaq ki, bu da gələn zəvvarların sayında artımla bağlıdır.