Aİ İran şirkətlərinə qarşı sanksiyalar tətbiq edəcək

13:47 15.02.2023 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının sədri Ursula fon der Leyen deyib ki, Avropa İttifaqı Tehranın Rusiyanın Ukraynadakı hərəkətlərini dəstəklədiyinə görə İran şirkətlərinə qarşı sanksiyalar tətbiq etməyi planlaşdırır. O, bunu Avropa Parlamentinin (AP) Strasburqda keçirilən plenar iclasında çıxışı zamanı deyib.

“Ancaq Rusiyanın Ukraynadakı döyüş meydanlarında istifadə etdiyi yüzlərlə İran istehsalı olan dron da var. Beləliklə, biz ilk dəfə olaraq İran təşkilatlarına, o cümlədən İslam İnqilabı Keşikçiləri Korpusu ilə əlaqəli olan təşkilatlara qarşı sanksiyalar tətbiq etməyi təklif edirik”, - AK rəhbəri bildirib.