Avropa Komissiyasının sədri Ursula von der Leyen, AB üzv dövlətləri tərəfindən edilən razılaşma ilə bağlı açıqlama verərək, “Üzv dövlətlərin bu gün 8-ci sanksiyalar paketi ilə bağlı razılaşmasını alqışlayıram. Biz heç vaxt Putinin saxta referendumunu və ya Ukraynanın hər hansı ilhaqını qəbul etməyəcəyik" - deyib.
Avropa İttifaqına üzv ölkələrin səfirləri tərəfindən razılaşdırılmış 8-ci sanksiyalar paketinə əsasən, Rusiya neftinin dəniz yolu ilə üçüncü ölkələrə müəyyən edilmiş yuxarı qiymət həddini aşan daşınması ilə bağlı xidmətlərə qadağa, kağız, müxtəlif maşın və cihazların, kimyəvi maddələrin, plastiklərin və siqaretlərin,polad kimi məhsulların idxalına qadağaların uzadılmasına qərar verib.
Digər tərəfdən, Rusiya təşkilatlarına mühəndislik və hüquq xidmətlərinin göstərilməsinə qadağa qoyulması, həmçinin texnoloji ixracın daha da qadağan edilməsi qərara alınıb. Sanksiya qərarının genişləndirilərək Xerson və Zaporojya bölgələrini əhatə etdiyi bildirilir.