Aİ Rusiyadan yan keçən yeni nəqliyyat dəhlizlərinin tikintisini dəstəkləyir

11:29 21.11.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

Avropa İttifaqı Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı genişləndirməyə çalışır, o cümlədən Rusiyadan yan keçən nəqliyyat dəhlizlərinin tikintisini dəstəkləyir - Aİ diplomatı Josep Borrell öz rəsmi bloqunda yazır.

Onun sözlərinə görə, Rusiya və Çin Mərkəzi Asiyada aparıcı rol “oynayıb və oynamaqda davam edir”, lakin “aydındır ki, region öz münasibətlərini şaxələndirməyə çalışır və Aİ-ni uyğun tərəfdaş kimi görür”. Borrell həmçinin qeyd edib ki, “region ölkələri arasında münasibətlər yaxşılaşır” və Avropa İttifaqı “açıqcası bu dəyişikliklərdən istifadə etməkdə maraqlıdır”.

Avropa diplomatiyasının rəhbəri hesab edir ki, Aİ “enerji təchizatı, mühüm xammal təchizatı və Rusiyadan asılı olmayan yeni nəqliyyat dəhlizləri”ndə yatan Mərkəzi Asiyanın “böyük potensialından” istifadə etməlidir. Xüsusilə, onun sözlərinə görə, söhbət Transxəzər nəqliyyat marşrutundan gedir, onun inkişafını Qazaxıstanda əvvəllər müzakirə edib