Aİ-nin baş diplomatı Josep Borrell blokun təhlükəsizlik siyasətindəki qüsurları etiraf edərək, rəsmi Brüsselin ABŞ-ın Rusiyanın Ukraynaya genişmiqyaslı işğala hazırlaşdığına dair xəbərdarlığına inanmadığını deyib.
Hafta.az bildirir ki, o, bu barədə Brüsseldə Aİ səfirlərinin görüşündə çıxışı zamanı deyib.
"Ukraynada müharibə davam edir. Biz Ukraynanın nə qədər effektiv müqavimət göstərəcəyini proqnozlaşdırmırdıq. Müharibə olacağına isə inanmırdıq. Etiraf etməliyəm ki, amerikalılar bizə "hücum edəcəklər" deyəndə biz çox könülsüz inanırdıq" Borrell deyib.
Aİ diplomatiyasının rəhbərinin sözlərinə görə, ABŞ dövlət katibi Entoni Blinken ona Ukraynaya hücumun hazırlanması barədə məlumat verib. Bir amerikalı məmur ona zəng edərək "bu həftə sonu olacaq" deyib.
"Və iki gündən sonra onlar Kiyevi bombalamağa başladılar. Amma biz bunun baş verəcəyinə inanmırdıq və güman etmirdik ki, Ukrayna uğurla müqavimət göstərməyə hazırdır”, - Borrell əlavə edib.