Aİ Ukraynanın enerji infrastrukturunun məhvinə icazə verməyəcək - Von der Leyen

13:09 25.10.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Avropa Komissiyasının sədri Ursula fon der Leyen bildirib ki, Avropa İttifaqı Ukraynanın enerji infrastrukturunun məhvinə icazə verə bilməz.

“Ukraynanın itkilərinin təcili bərpasına ehtiyacı var, danışdığımız kimi, xüsusən də Rusiyanın məqsədyönlü şəkildə infrastruktura zərbələr endirdiyi şəraitdə. Rusiya Ukraynanı iflic vəziyyətinə salmağa çalışır, lakin biz buna imkan verməməliyik”, - deyə fon der Leyen ölkənin yenidən qurulması üçün keçirilən beynəlxalq donor konfransında bildirib.