Yazını böyüt
Yazını kiçilt
Rusiyalı milyarder Roman Abramoviç Chelsea Futbol Klubunun satışından Ukraynaya 2,3 milyard funt sterlinq (2,8 milyard dollar) verəcək. Bu barədə “The Telegraph” məlumat yayıb.
2022-ci il martın 2-də Abramoviç ingilis klubunun satışından əldə olunan gəliri könüllü olaraq Ukraynadakı döyüşlərdə həlak olanların ailələrinə və zərərçəkənlərə yardım üçün xüsusi fonda köçürəcəyini açıqlamışdı.
Milyarder qeyd edib ki, söhbət təkcə hərbi əməliyyatlardan zərər çəkənlərə birbaşa maliyyə yardımından deyil, həm də dağılmış infrastrukturun bərpası prosesinə maliyyə dəstəyindən gedir. Oliqarxın nümayəndəsi, öz növbəsində deyib ki, "söhbət hər tərəfdən münaqişədən təsirlənənlərin hamısından gedir: ruslar və ukraynalılar".