ABŞ-da COVID-19-a yoluxanların sayı azalır

14:21 14.02.2022 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Amerika Birləşmiş Ştatlarında COVID-19-a yoluxma hallarının sayı azalmağa başlayıb. Koronavirusun “omikron” ştamının sürətlə yayılmasına baxmayaraq, ölüm hallarının sayında da azalma hiss olunur.

Hafta.az xəbər verir ki, ABŞ-da orta hesabla gündəlik 178.705 yeni yoluxma qeydə alınır və bu göstərici iki həftə bundan əvvəlki göstərici ilə müqayisədə 67 faiz azdır. Birləşmiş Ştatların Səhiyyə və Sosial Xidmətlər Nazirliyinin təmsilçilərinin sözlərinə görə, “omikron” variantına yoluxmanın pik həddi artıq keçib.

ABŞ-ın bütün ştatlarının və ərazilərinin hakimiyyət orqanları son 14 gün ərzində yeni yoluxmaların sayının azalmasını bildiriblər. Azalmanın ən yüksək göstəricisi Oklahoma ştatının payına düşür. Burada son iki həftə ərzində 84 faizlik azalma qeydə alınıb. Digər 22 ştat, Virginiya adaları və Puerto-Riko 70 faiz və daha çox azalma barədə xəbər veriblər.