Yazını böyüt
Yazını kiçilt
Ermənistan müdafiə naziri Suren Papikyanın Vaşinqtona səfərinin konteksti Ermənistan-Azərbaycan mövzusundan kənara çıxa bilər.
Hafta.az bildirir ki, bu fikirləri erməni politoloq Tiqran Qriqoryan deyib:
“Ola bilsin ki, İrəvan silah əldə etmək üçün alternativ bazarlar tapmağa çalışır, çünki Ukrayna böhranı səbəbindən Rusiyadan silah tədarükü ilə bağlı problemlərlə üzləşib. Rusiyanın özünün ordusunu təchiz etmək üçün silaha ehtiyacı var. Ona görə də Ermənistan hakimiyyəti son vaxtlar qərb istiqamətində fəal iş aparır. Bu yanaşmanın İşləyib-işləmədiyini indi mühakimə etmək çətindir”.
Onun sözlərinə görə, Ermənistan ABŞ=dan və digər Qərb ölkələrindən yeni silahlar almağın yollarını axtarır.