Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın dövlət katibi Entoni Blinken Vaşinqtonun Fələstin muxtariyyətinə əlavə 50 milyon dollar ayırmağa hazır olduğunu bildirib.Bu barədə o, Fələstin prezidenti Mahmud Abbasla danışıqlardan sonra bildirib, Əl Hadath telekanalı xəbər verir.
“Birləşmiş Ştatlar UNRWA agentliyinə (Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Yaxın Şərq Agentliyi) ayrılan vəsaitə əlavə olaraq Fələstinə 50 milyon dollar verəcək”, - Blinken bildirib.