ABŞ-ın Ukraynaya hərbi yardımı 93,5 faiz azalıb

09:32 24.10.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

Bu ilin oktyabrında ABŞ-ın Ukraynaya hərbi yardımı ilin birinci yarısı ilə müqayisədə 93,5 faiz azalıb.

Hafta.az-ın Ukrayna mediasına istinadən yazdığına görə, Pentaqondan sızan məlumatlarda ötən ay Ukraynaya yalnız bir hərbi yardım paketi göndərildiyi deyilib.

Digər tərəfdən, Bayden Konqresdən yeni hərbi yardım paketini təsdiqləyənə qədər Amerikanın Kiyev administrasiyasını dəstəkləmək üçün 5 milyard dollardan bir qədər çox pulunun qaldığı bildirilir.

ABŞ prezidenti Co Bayden Ukrayna üçün istifadə olunması üçün Konqresdən 61,4 milyard dollarlıq büdcə istəyib. Konqresdə hələ birlik əldə olunmayıb. Amma hətta bu məbləğ belə Ukrayna büdcəsini birbaşa dəstəkləməyə kifayət etmir.

Rusiyanın Ukraynaya qarşı müharibəyə başlamasından sonra ABŞ və müttəfiqlərinin Kiyevə etdiyi ümumi yardımın 180 milyard dollara yaxın olduğu bildirilir.