ABŞ iqtisadiyyatı üçün çətin günlər başlayır - Amazon-un qurucusu

19:58 19.10.2022 Müəllif:Azad Əliyev
Yazını böyüt
Yazını kiçilt

171 milyard dollar sərvəti ilə planetin ən varlı adamlarından biri Ceff Bezos Amerika iqtisadiyyatında çətin dövrlərin başlaması barədə xəbərdarlıq edib.

Hafta.az bildirir ki, Amazon-un qurucusunun fikrincə, "lyukları yıxmaq" vaxtıdır.

May ayında Bezos ölkədə rekord inflyasiyaya görə ABŞ hakimiyyətini günahlandırmışdı.

Bu həftə The Wall Street Journal ABŞ-ın gələn il tənəzzül və artan işsizliklə üzləşə biləcəyini yazıb. Bu dövrdə ABŞ-da 63% iqtisadi tənəzzül ehtimalı var, baxmayaraq ki, bu rəqəm 2020-ci ilin iyul ayından bəri heç vaxt 50%-i keçməyib.

Avqust ayında SpaceX-in yaradıcısı, baş icraçı direktoru və baş mühəndisi İlon Mask YouTube kanalı Full Send Podcast-a verdiyi müsahibədə ABŞ-da tənəzzülün “bir neçə il” davam edə biləcəyi və kifayət qədər mülayim ola biləcəyi fikrini bildirmişdi.