Fransa - İraq oyunu təxirə düşə bilər

17:57 21.06.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

DÇ-2026-nın qrup mərhələsində keçiriləcək Fransa - İraq oyunu təxirə salına bilər.

Hafta.az xəbər verir ki, buna səbəb Filadelfiyada gözlənilən əlverişsiz hava şəraitidir.

Sinoptiklər qarşılaşma vaxtı güclü yağış və ildırım ehtimalının yüksək olduğunu bildiriblər.

Fransa - İraq görüşü iyunun 23-də Bakı vaxtı ilə saat 01:00-da Filadelfiyadakı "Linkoln Financial Field" stadionunda keçiriləcək.