ABŞ Kiyevə Black Hornet "cib dron"ları göndərir

12:00 25.07.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ-ın Ukraynaya 400 milyon dollarlıq yeni yardım paketinə "Black Hornet" nano-dronlarını əlavə etdiyini açıqlayıb.

Hafta.az-ın yazdığına görə, uzunluğu 10 sm, eni 2,5 sm və çəkisi 32 qrama qədər olan "Black Hornet" cib dronu kimi tanınır. Son dərəcə səssiz olan bu cihazlardan kəşfiyyat məqsədləri üçün səmərəli istifadə olunur.

"Black Hornet" dronlarının əsas işi kəşfiyyat məlumatlarını toplamaqdır. Modifikasiyadan asılı olaraq, dronların çəkisi 18-32 qram arasındadır və yüksək keyfiyyətli şəkilləri ötürən üç kameraya malikdir. 25 dəqiqəyə 2 kilometr uçuş məsafəsinə malikdir. Norveçin “Prox Dynamics” şirkəti tərəfindən hazırlanan və kütləvi istehsalına 2012-ci ildə başlanan nano-dron Əfqanıstanda ABŞ və Böyük Britaniya hərbçiləri tərəfindən geniş istifadə edilib.

Digər tərəfdən, "Black Hornet"in əsas çatışmazlığı onun qiymətini yüksək olmasındadır. Bir dəstin qiyməti 60 min dollara çatır. Bu rəqəmlə Ukrayna ordusunun ən çox istifadə etdiyi Mavic 3 Fly More Combo dronlarından 20-ni almaq mümkündür.
Kiyev bundan əvvəl Norveçdən 300 dəst nano-dron alıb və daha min "Black Hornet" dəsti sifariş etmişdi.

Siyasət rubrikasından digər xəbərlər