ABŞ konqresmenlər Ermənistana gedə bilmədilər

11:57 05.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

ABŞ konqresmenlərin Ermənistana gözlənilən səfəri təxirə salınıb.

Hafta.az xəbər verir ki, “Hraparak”ın məlumatına görə, səbəbin COVID-19-la bağlı olduğu söylənilir.

Qeyd edək ki, səfərə əvvəlcə 5 nəfərin gələcəyi, sonra nümayəndə heyətinin 17-yə yüksəldiyi bildirilmişdi. Bu gün amerikalı konqresmenlərin Ermənistana gələ bilməyəcəkləri məlum olub.

ABŞ konqresmenlərinin Ermənistana səfəri iyunun sonunda baş tutmalı idi. Onların həm parlament sədri, həm də müxalifət fraksiyasının rəhbərləri ilə görüşləri planlaşdırılmışdı.

Məlumata görə, parlamentin “Hayastan” fraksiyasının rəhbəri Seyran Ohanyan və “Mənim şərəfim var” fraksiyasının rəhbəri Artur Vanetsyan bu görüşə xüsusi hazırlıq görürdü.

“Səfər uçuş heyətinin xəstəliyi ilə əlaqədar təxirə salınıb. Ancaq kimin koronavirusa yoluxduğu dəqiqləşdirilməyib”, - Ermənistan parlamentinin mətbuat xidməti bildirib.

Oxunma sayı 205