ABŞ-da polis zorakılığı səngimir. Bu dəfə daha bir dəhşət adlandırıla biləcək görüntü üzə çıxıb. Kaliforniyada lentə alınan həmin anlar dünya mətbuatının gündəminə çevrilib. İki ayağı olmayan Entoni Lou Junior əlindəki bıçaqla polisdən qaçmağa çalışıb. Yerdə sürünən Entoni 3 polis əməkdaşının atəşinə tutulub.
Kameraya əks olunan həmin anlarda ən azı 8 atəş açıldığı görülüb.Yerdə hərəkətsiz uzanan Antoni polislər tərəfindən qandallanıb. Digər tərəfdən hadisə yerinə gələn sağlamlıq qrupları gəncin ciyərlərindən güllə yarası aldığını və daxili qanaxma olduğunu müəyyən edib. Antoni hadisə yerində edilən müdaxilələrə baxmayaraq həyatını itirib.
Dəhşətli hadisədən sonra ağrılı ailədən açıqlama gəlib. Anthony-nin qardaşı LA Times-a verdiyi açıqlamada deyib: "Qızımın 4 yaşı var və onu çox sevirdi, biz onun üçün çox darıxacağıq. Biz ədalət istəyirik"