Yazını böyüt
Yazını kiçilt
ABŞ prezidentinə bildirdim ki, münasibətlərimizi yeni səhifədən başlamağın vaxtıdır”.
Hafta.az-ın yazdığına görə, bunu Gürcüstan prezidenti Mixeil Gavelaşvili Nyu-Yorkda jurnalistlərə bildirib.
Mixeil Gavelaşvili bildirib ki, ABŞ prezidenti ona münasibətlərin təmiz səhifədən başlaması barədə məsələni yenidən nəzərdən keçirəcəyinə vəd verib.
“Görüşümüzün baş tutduğu ABŞ prezidentinin verdiyi şam yeməyi yəqin ki, ictimaiyyət üçün maraqlıdır. Münasibətlərimizin yenidən başlamasının vaxtı olduğunu bildirdim və o, bu məsələyə baxacağını dedi. Söz verdi ki, mütləq bu mövzuya qayıdacaq və mənimlə əlaqə saxlayacaq. Onun cavabını gözləyək. Bizim administrasiya və ticarət naziri ilə başqa bir neçə görüşümüz də oldu”, – Mixeil Gavelaşvili bildirib.