ABŞ sanksiyaları İranın İHA sənayesini hədəf alır

09:33 21.09.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ przidenti Co Bayden administrasiyası İranın pilotsuz uçuş aparatı və hərbi təyyarə sənayesini hədəf alan yeni sanksiyalar tətbiq edib.

Hafta.az-ın yazdığına görə, ABŞ Maliyyə Nazirliyinin dünən verdiyi açıqlamada, yeni sanksiyaların İran, Rusiya, Çin və Türkiyədəki 7 şəxs və 4 təşkilatı əhatə etdiyi bildirilib. Bildirilib ki, bu şəxslər və təşkilatlar İran Təyyarə İstehsal Şirkəti və onun pilotsuz uçuş aparatları və hərbi təyyarələr sahəsində işinə “daşıma və maliyyə əməliyyatlarını” asanlaşdırıblar.

ABŞ Maliyyə Nazirliyi “kütləvi qırğın silahlarının yayılmasını dəstəkləyənlərə qarşı sanksiyalar” adı altında İranın Müdafiə Nazirliyinə bağlı pilotsuz uçuş aparatı (PUA) istehsalçısı HESA şirkətini, şirkətin meneceri Mehdi Gogerdçian və Hüseyn Aynini əlavə edib. Xəzinədarlıq Departamentinin açıqlamasında bildirilir ki, HESA şirkəti İran İnqilabı Keşikçiləri Korpusu (SEPAH) və İran Silahlı Qüvvələrinə dəstək verib, ABŞ-ın sanksiyalarını və ixrac nəzarətini pozaraq təxəllüslə PUA komponentlərini almağa davam edib.

Sanksiyalar həmçinin İrana İHA komponentləri və tətbiqlərini tədarük edən və göndərən 5 Çin şirkəti, İran şirkətinə enerji blokları və digər komponentlər təqdim edən Rusiya təchizatçıları və podratçılar və HESA-nın satınalmalarını dəstəkləmək üçün əməliyyatları asanlaşdıran türk bank şirkətlərini hədəf alıb.