ABŞ Tayvanı MQ-9A kəşfiyyat aparatları ilə təmin edəcək

20:19 14.08.2023 Müəllif:Vüsal Tağıbəyli
Yazını böyüt
Yazını kiçilt

ABŞ səlahiyyətliləri 345 milyon dollarlıq hərbi yardım paketinin bir hissəsi olaraq Tayvana dörd MQ-9A kəşfiyyat təyyarəsi verəcək. Bu barədə “Focus Taiwan” mənbələrə istinadən yazır.

Dəqiq çatdırılma tarixləri hələ məlum deyil, çünki amerikalı mütəxəssislər hazırda dronlardan ən qabaqcıl avadanlığı sökürlər. Yardım paketinə həmçinin təlim proqramları və döyüş sursatları da daxil olacaq.

Tayvan Müdafiə Nazirliyi bu məlumatı şərh etməyib.