Yazını böyüt
Yazını kiçilt
ABŞ Nəqliyyat Komandanlığı bildirib ki, ABŞ Ukraynaya ilk 60 Bradley piyada döyüş maşını göndərib.
Departamentin məlumatına görə, ötən həftə Cənubi Karolina ştatının Çarlston limanını tərk edən zirehli texnikanın daşınması üçün Norveç-İsveç şirkətinin Wallenius Wilhelmsen gəmisi icarəyə götürülüb.
ABŞ Nəqliyyat Komandanlığı bu ilin əvvəlində elan edilmiş 2,85 milyard dollarlıq hərbi yardım sazişinin bir hissəsi olaraq Bradley IFV-lərin ilk partiyasını Ukraynaya nəql edir.
Amerikalılar Bradleydən başqa, Kyiv Stryker zirehli transportyorları və Abrams tankları vəd etmişdilər.