Yazını böyüt
Yazını kiçilt
Amerika Birləşmiş Ştatları Ukraynaya mülki təhlükəsizlik üçün 457,5 milyon dollar yardım edəcək.
Hafta.az bildirir ki, bunu ABŞ-ın dövlət katibi Entoni Blinken “Twitter” səhifəsində yazıb.
"Birləşmiş Ştatlar insanların həyatını xilas etmək və Ukrayna hüquq-mühafizə orqanları və cinayət ədliyyə orqanlarının potensialını artırmaq üçün əlavə 457,5 milyon dollar mülki təhlükəsizlik yardımı göstərəcək. Biz onların demokratik, müstəqil və suveren Ukraynaya sadiqliyini bölüşürük", - o yazıb.