Yazını böyüt
Yazını kiçilt
ABŞ-ın müdafiə naziri Lloyd Ostin ukraynalı həmkarı Oleksiy Reznikovla telefon danışığı aparıb.
Hafta.az xəbər verir ki, bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.
Nazirlər Ukraynanın Rusiya ilə müharibədə ehtiyac duyduğu silahları müzakirə ediblər.
Mayın 23-də Ukraynaya yeni hərbi yardımla bağlı koordinasiya qrupunun iclası keçiləcək. İclasda Ukraynaya hansı silahların göndəriləcəyi müzakirə ediləcək.