Adnan Əhmədzadə HƏBS OLUNDU

13:51 20.09.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

SOCAR-ın İnvestisiya Departamentinin sabiq rəhbər müavini Adnan Əhmədzadə həbs olunub.

Hafta.az xəbər verir ki, Səbail rayon məhkəməsində Adnan Əhmədzadə barədə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Adnan Əhmədzadə iqtisadi təhlükəsizliyə qarşı təxribat və xüsusilə külli miqdarda mənimsəmə əməllərində ittiham olunur.