ADSEA sədrinin vətəndaş qəbulunun tarixi dəyişdirilib

18:00 11.06.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) sədri Zaur Mikayılovun iyunun 27-də Beyləqan rayonunda keçirilməsi nəzərdə tutulan vətəndaş qəbulunun tarixi iyunun 25-nə dəyişdirilib.

Bu barədə hafta.az-a ADSEA-dan bildirilib.

Qeyd edək ki, Beyləqan rayonunda keçiriləcək vətəndaş qəbulu Beyləqan, Füzuli və Xocəvənd rayonlarının sakinləri üçün nəzərdə tutulub.