ADY-də sərnişindaşıma artıb

17:40 04.02.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Azərbaycan Dəmir Yolları" (ADY) -nin bu ilin yanvar ayında daşıdığı sərnişin sayı 713 mini ötərək ötən ilin eyni dövrünün göstəricisini 15% üstələyib.

Hafta.az xəbər verir ki, bu barədə ADY məlumat yayıb.

Bildirilir ki, qatarla səyahət edən xarici turistlərin sayında 40 faiz artım qeydə alınıb.

Eyni zamanda, 2025-ci ilin əvvəlindən bərpa edilmiş Bakı-Balakən-Bakı marşrutu ilə 5355 nəfər sərnişin səfər edib.