AFFA rəsmisi UEFA-dan təyinat alıb

15:49 01.04.2025 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

AFFA-nın Uşaq və Gənclər üzrə Yarışların təşkili şöbəsinin baş mütəxəssisi Zümrüd Ağayeva UEFA-dan yeni təyinat alıb.

Hafta.az xəbər verir ki, o, qadınlar arasında Millətlər Liqasının Şimali Makedoniya – Latviya oyununun UEFA nümayəndəsi olacaq.

C Liqasının 6-cı qrupunun III turu çərçivəsində keçiriləcək görüş aprelin 4-də Şimali Makedoniya Futbol Federasiyasının Skopyedə yerləşən Məşq Mərkəzində təşkil olunacaq.