Yazını böyüt
Yazını kiçilt
Çox sevincliyəm ki, Ağalı kəndinə gedirəm. Prezident İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusuna minnətdarlığımı bildirirəm. Onların qəhrəmanlığı sayəsində torpaqlarımız işğaldan azad olundu.
Bu sözləri AZƏRTAC-a müsahibəsində Ağalı kəndinə köçən Şamil Quliyev söyləyib.
Zəngilanı görmədiyini deyən Şamil Quliyev hazırda 23 yaşı olduğunu vurğulayıb: "Ailəmlə birlikdə ata-baba yurdumuza köçürük. İlk dəfə gedəcəyim üçün bir az həyəcan var, eyni zamanda, qürur hissi keçirirəm".