Ağcabədidə evdən meyit tapılıb

21:39 20.02.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağcabədidə evdə meyit aşkar edilib.

Hafta.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olan məlumata əsasən, Ağcabədi şəhərində 1 nəfər evdə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Çağırış ünvanına cəlb olunan FHN-nin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1962-ci il təvəllüdlü Babayev İnqilab Əkbər oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.