Ağdamda 62 yaşlı qadını ilan sancıb

11:28 03.05.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdamda 62 yaşlı qadını ilan sancıb.

Hadisə rayonun Mirəşelli kəndində baş verib.

Kənd sakini Rəhimova Qönçə Qaçay qızı həyətdə alaq otu təmizləyərkən ilan onun sol əlinin bilək nahiyəsindən sancıb. Q.Rəhimova Ağdam Mərkəzi Rayon Xəstəxanasının reanimasiya şöbəsinə  çatdırılıb. Ona ilan zəhəri əleyhinə zərdab vurulub, vəziyyəti  orta-ağırdır.

Oxunma sayı 328