Ağdaş sakininin intihara cəhd etməsi ilə bağlı araşdırma aparılır

21:44 21.07.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Ağdaş rayon sakininin dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı araşdırılır.

Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib ki, Vətən müharibəsi iştirakçısı 1987-ci il təvəllüdlü, Ağdaş rayon Nehrəxəlil kənd sakini Vüsal Məmmədovun dərman həbləri qəbul edərək intihara cəhd etməsi faktı ilə bağlı Ağdaş rayon prokurorluğunda araşdırma aparılır.