1992-ci ildə Milli Məclisin qərarı ilə Ağdərə rayonu ləğv olunaraq Ağdam, Tərtər və Kəlbəcər rayonları arasında bölüşdürüldü. Ən çox ərazi Kəlbəcər rayonuna birləşdirilmişdi.
Bu fikirləri hafta.az-a Milli Məclisin Kəlbəcərdən olan deputatı Aqil Məmmədov deyib.
Onun sözlərinə görə, Kəlbəcər rayonu ərazisi 936 kilometrdir. Bu ərazilər rayona birləşdirildikdən sonra ərazisi 3050 kv.kilometrə bərabərdir:
"Çox təəssüflər olsun ki, bu gün rus sülhməramlılar sovetlər dövründə məlum olan Ağdərə rayonu ərazisinə tam nəzarət edirlər. O ərazilərər ki, vaxtilə Kəlbəcərə birləşdirmişdilər. Ağdərənin 3 kəndi bizdə qeydiyyatdadır, mövcudur. Adları olub özləri olmayan kəndlər də bizə məlumdur. O vaxt bizə 9 nümayəndəlik, 18 kənd birləşdirilmişdi. Amma hazırda orda dediyim kimi sülhməramlıların nəzarəti var. Yəqin ki, gələcəkdə bu məsələlər öz həllini tapacaq. Dövlət sərhədlərimiz müəyyənləşəndən sonra, müəyyən daxili problemlərimizi özümüz həll edəcəyik".