Agentlik sədrindən sahibkarlara müraciət

13:57 12.04.2022 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

"Qida Təhlükəsizliyi haqqında qanunda əks olunan ən vacib məqamlardan biri alternativ ekspertizaların həyata keçirilməsidir".

 

Hafta.az xəbər verir ki, bunu Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli deyib.

 

AQTA sədri sahibkarlıq subyektlərinə müraciət ünvanlayıb:

 

"Qanun Qida Təhlükəsizliyi İnstitutunun laboratoriyalarına alternativ olaraq özəl laboratoriyaların qurulmasına imkan verir. Sahibkarlar bunu edə bilərlər. Yeni özəl laboratoriyaların yaradılması qida təhlükəsizliyi sahəsində rəqabətliliyin təmin edilməsinə şərait yaradacaq".