Horovluda növbəti aqrar təlimlərə başlanılıb

12:27 01.07.2026 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

İşğaldan azad edilmiş ərazilərdə aqrar sahədə fermerlərin və kənd sakinlərinin bilik və bacarıqlarının artırılması istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən növbəti təlim proqramlarına başlanılıb. Təlim proqramı Cəbrayıl rayonunun Horovlu kəndini əhatə edib.

Hafta.az xəbər verir ki, Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsinin məlumatına görə, təlimlər kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsinin daha səmərəli təşkili, torpaq sahələrindən məqsədyönlü istifadənin təmin edilməsi və müasir aqrar yanaşmaların tətbiqinin təşviqi məqsədilə təşkil olunur.

Təlim sessiyalarında iştirakçılara Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi (EKTİS) ilə işləmə qaydaları, kənd təsərrüfatı texnikalarından səmərəli və təhlükəsiz istifadə, eləcə də meyvəçiliyin müasir becərmə texnologiyaları barədə ətraflı məlumat verilib. Təlimlər zamanı iştirakçıların sualları cavablandırılıb, onlara mövzular üzrə praktiki tövsiyələr verilib.